19 Noyabr 2021
14:32
20516

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdamın tanınmasında "Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı "Ruhlar şəhəri” kimi "Qarabağ” klubu sayəsində tanıyıb. Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Azərbaycan erməni vandalizminin cızalndırılması üçün bütün hüquqi imklanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Ağdamın inzibati rayon kimi yaradılması

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir;
Ağdam tarixinin əsas səhifələrivə ərazisininarxeoloji əhəmiyyəti."Ağdam” sözü qədim türk dilində "kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında QarabağlıPənahəlixan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.Rayonun ərazisindəXX əsrin50-ciillərindənbaşlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayışməskənlərindənbiridir.Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki,ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. ArxeoloqlarÜzərriktəpədəapardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyətqalıqlarınaəsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni vəZaqafqaziyadaən zəngin abidələri olan yerlərdən biri olmuşdur;
Ağdam uğrunda42 gün davam edən döyüş1993-cü il23 iyultarixindəAğdamərazisinin73 faizininişğalı ilə bitdi.Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub.İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənayeobyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insanyaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsindəməskunlaşmışdır;

Nailə Əliyeva- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

İcra olunmadan kağız üzərində qalmış beynəlxalq qətnamələr

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu "hücum qətiyyətlə pislənmiş”, "işğal olunmuş ərazilərdən qoşunlarınçıxarılmasınaçağırış etmişdir”.1993-cü il29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycanərazilərindəndərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlaratabe olmaqdan yayındı;
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşənöhdəliklərinikobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adlarındəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərinyandırılmasıkimi qeyri-qanuni əməllərtörədib.Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindənişğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir;
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-dəAğdamrayonunun işğal olunmuş ərazisiAzərbaycana təhvil verilibvə bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.Bu,eyni zamanda,onungöstəricisidirki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb;
2020-ci il noyabrın 26-da"Ağdamınazadolunmasınagörə” medalıtəsis edildi.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları iləAğdamrayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu "Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır.
Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək "Akna" qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.
Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma "Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir. İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Qarabağ müharibəsinin ilk şəhidlərini Ağdam rayonu verib

Dəniz səviyyəsindən 410 metr yüksəklikdə yerləşən Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb, inzibati mərkəzi Ağdam şəhəridir. Ağdam rayonu Qarabağ iqtisadi rayonunda yerləşməklə Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, və Kəlbəcər rayonları ilə həmsərhədədir. "Ağdam” sözü qədim türk dilində "kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam” — günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir.
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib. Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər, Qarabağ müharibəsinin ilk şəhidlərini də 22.02.1988-ci ildəAğdam rayonu verib.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

Ağdam tarixinin əsas səhifələri və ərazisinin arxeoloji əhəmiyyəti

Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Rasim Hüseynov –rayon Ağsaqqallar Şurasının sədri

BMT-nin bütün qətnamələrini Azərbaycan özü yerinə yetirdi

Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra uzun müddət bu problemin qarşısını almaq üçün səy göstərilmədi. Bunun bir çox səbəbi var amma əsas səbəblərindən biri isə beynəlxalq ictimaiyyətin münaqişənin həllinə maraq göstərməməsi idi. Çünki bu məsələ Sovet İttifaqının dağılmasını sürətləndirən amillərdən biri idi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sonrakı faciəvi nəticələrin qarşısını alırdı. Dağlıq Qarabağ münaqişəsinin alovlanması, birbaşa Kremlin ssenarisi idi. "Parçala və hökm sür” prinsipi əsasında qurulan birliyin qanunu, terrorizmin yayılmasını məhdudlaşdıraraq regional mübahisələri təhlükəsizlik problemlərindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Lakin SSRİ-nin planı əks nəticə verdi və etnik münaqişələr nəinki gecikdirdi, həm də imperiyanın süqutunu sürətləndirdi. Ermənilər lobbinin imkanlarından istifadə edirdilər. Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı sərt strategiyasına biganəliyi həmişə müşayiət olunurdu. Ermənistan silahlı qüvvələri 1992-ci ildə respublikamızın ərazisini zəbt etmək məqsədi ilə həyata keçirdiyi hərbi əməliyyatların miqyasını kəskin surətdə artırmışdı. Lakin heç bir beynəlxalq qurum baş verən və beynəlxalq hüququ kobud şəkildə pozan bu təcavüz aktlarını müstəqil şəkildə qiymətləndirməmişdir. Fundamental olaraq, BMT, ATƏT və Avropa İttifaqı müxtəlif dövrlərdə qətnamələr və şərhlər verirdi, lakin bu sənədlər müharibənin əsl səbəblərini adekvat şəkildə müəyyənləşdirmədi və təcavüzkar ilə təcavüzə uğrayan arasında arasında fərq qoymadı.
1991-ci ildə Azərbaycan Respublikası bütün beynəlxalq qurumlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə müraciət etmişdir. Azərbaycan 1992-ci ilin martında BMT-yə qəbul edildikdən sonra Azərbaycan BMT-dən Ermənistanın işğalçı siyasətinə münasibət bildirməyi və onun qarşısını almaq üçün müdaxilə etməsi üçün müraciət etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə cavab olaraq bölgəni gəzərək BMT Baş katibinə məlumat verib, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi ATƏM-in problemin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdi və təşkilata məqsədlərinə çatmaqda köməklik göstərəcəyini öhdəsinə götürdü. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistanın Azərbaycana təcavüzünə cavab olaraq 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin hər birində Ermənistanın təcavüzü pislənilir və Ermənistan əsgərlərinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Maraqlı hal odur ki, göstərilən münaqişələrlə bağlı BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən qətnamədə göstərilən tələblərin yerinə yetirilməməsinə görə heç bir sanksiyalar tətbiq olunmamışdır. Lakin 2020-ci ildə Azərbaycanın müzəffər ordusu və Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində BMT-nin bütün qətnamələrini Azərbaycan özü yerinə yetirdi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

Rəsmi İrəvanın cinayətləri

Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kimlərinsə arxasında gizlənən bu xain millət, başqa xalqların qanının axıdılmasından daim həzz almışdır. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir.
Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır. Ermənistan hərbi-siyasi rəhbərliyi və tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslə rhədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənilərin əsirlərə qarşı qəddar və qeyri-insani davranışı ilə bağlı da ciddi faktlar mövcuddur. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni tərəfi tarixi, dini və mədəni abidələrimizə qarşı 30 il ərzində vəhşilik törədib. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Onların məsuliyyətə cəlb edilməsi prosesi hökmən baş tutacaqdır.

Şəhla Eminova –əməkdar müəllim

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatında elan olunmuş qrafikə uyğun olaraq noyabrın 20-də Ağdam rayonu erməni işğalından azad olundu. Bununla da Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Bu möhtəşəm qələbədir. Lakin bu, elə də asan əldə edilən qələbə deyil. Torpaqlarımızın bir qarışını belə öz xoşu ilə qaytarmaq istəməyən Ermənistan şanlı ordumuzun hərbi qələbələrinin nəticəsi olaraq torpaqlarımızdan çəkilmək məcburiyyətində qaldı.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa kimi, Ağdamın azad edilməsi də hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev böyük fəxrlə dedi: "Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Ağdamın ərazisi 1094 kv.km idi. Bu ərazinin 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin işğalı altına keçmişdi.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək "Akna" qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər ermənini qanunsuz məskunlaşmışdılar.
Ağdam tarixən Azərbaycanın mühüm elm, təhsil, mədəniyyət mərkəzlərindən olmuşdur. Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Pirimov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri, tikililər vardı.
Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.
Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Cənab Prezident çıxışında demişdir ki, Ağdam yenidən bərpa ediləcək, Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın inkişaf etdiyi rayonlarından birinə çevriləcək.
Var olsun müzəffər Azərbaycan ordusu!
Var olsun müzəffər Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

AZƏRBAYCAN XALQI ÖZÜ BEYNƏLXALQ QANUNLARININ ALİLİYİNİ VƏ TARİXİ ƏDALƏTİ BƏRPA ETDİ

20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapıb. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır”.
27 ildən sonra günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev Ağdam öz sakinlərinə qovuşdu. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. Ağdam sakinləri yurd-yuvasına dönür. Bundan qürurlu nə ola bilər. Qalib dövlətin qalib sakini kimi. Tarixdə çox az xalqlara nəsib olan bir məqamdır. Bu qüruru xalqımıza yaşadan Ali Baş Komandanımızdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində bu gün Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Bəli, Ağdam öz sakinlərinə qaytarıldı. 27 il Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan bir rayon. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında idi.
Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş” dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Dağlıq Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirib. Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edir. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.
1993-cü ilin iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülüb. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub.
Artıq biz Ağdamın işğal tarixindən deyil, onun qələbəsindən, azad olmasından yazırıq. Ağdamda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazırıq. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub. Ağdamda yeni həyat başlayır. Yeni günün mübarək, azad AĞDAM!!!

Xanım İmanova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

Ağdam həmişə öz qədimliyini qoruyub saxlamış və qədim tarixi kökə malik olmuşdur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi ərzində torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın işğal etdiyi Kəlbəcər, Ağdam və Laçın rayonları da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verilidi və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Heç bir qan tökmədən, şəhid vermədən düşməndən torpaq almaq dünya tarixində az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması mühüm tarixi hadisədir. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir.Azərbaycan Ağdam rayonunu hərbi əməliyyatlar keçirmədən, siyasi yolla işğaldan azad edərək yeni tarixi hadisəyə möhür vurmuşdur.
Ağdam həmişə öz qədimliyini qoruyub saxlamış və qədim tarixi kökə malik olmuşdur.Erməni işğalı nəticəsində rayona bir çox maddi və mənəvi ziyan dəymişdir. Rayonun ərazisində bir çox tarixi və memarlıq abidələri, başqa infrastruktur mənfur ermənilər tərəfindən məhv edilmişdir. Tarixi Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, Ağdam Şəkil Qalereyası, Qutlu Sarı Musa oğlu Künbəzi, 14-cü əsrə aid türbə və daş abidələr, Xan qızı Xurşidbanu Natəvanın və oğlunun türbələri vəhşicəsinə dağıdılmışdır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Prezident İlham Əliyevin dediyi kimi: "İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var”. "Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Vətəndaşlarımız öz doğma torpaqlarına qayıdacaq. Bütün bunlar gerçəkləşəcək.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir.Ağdamın işğaldan azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandanı, ordumuzu, xalqımızı Allah qorusun.
Azərbaycanda daim sülh, əmin-amanlıq olsun, təhlükəsizlik hökm sürsün.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Ağdam artıq ruhlar şəhəri deyil, ruhları oxşayan bir şəhər olacaqdır

İllərdir apardığımız məqsədyönlü siyasət 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdə böyük rol oynadı. Bu torpaqların azad olunması, ərazi bütövlüyümüzün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm hadisədir. Bu qələbə ilə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.
Azad olunmuş torpaqların iqtisadi potensialından istifadə, müəyyən olunmuş iqtisadi strateji istiqamətlər növbəti illərdə ölkəmizin sosial – iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə qaldıracaq. O cümlədən işğaldan azad olunmuş torpaqlarımızdan biri olan Ağdam şəhəri də.
Qarabağın mərkəzi hesab olunan Ağdam antik dövrdən bu günədək zamanın bütün inkişaf prosesini özündə əks etdirən mədəniyyət və memarlıq mərkəzi olmuşdur. Noyabrın 20- də Ağdam şəhəri heç bir şəhid vermədən işğaldan azad olunaraq öz əzəli sahiblərinə qaytarıldı. Qarabağda infrastruktur quruculuğu işğalın həmən ardınca başlasa da, məhz Ağdamda ilk təməlin atılması bir başqa hadisədir.Bu, çox önəmli bir addımdır. Bu tarixə, irsə xüsusi qayğının ifadəsidir. Müstəqil siyasət aparan, güclü və quvvətli dövlət başçımız, qalib və rəşadətli ordumuz bu şərəfli tarixi missiyanı layiqincə yerinə yetirdi. Bundan sonra Azərbaycan qalib dövlət kimi inkişaf edəcəkdir.
Ağdam artıq ruhlar şəhəri deyil, ruhları oxşayan bir şəhər olacaqdır.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Ağdamın işğalı

Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.
23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.
Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.
Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb. Yanğın zamanı "Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın işğal etdiyi Kəlbəcər, Ağdam və Laçın rayonları da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verilidi və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi.

Vəfa Xəlilli-"Gəncliyə Dəstək” İB-nin sədri

İslahat.az