07 İyun 2021
16:48
11485

Açıqlama versinlər ki, həmin müğənnini Azərbaycana kim buraxıb - Professor

"Bu, pandemiya və karantin qaydalarının pozulmasıdır".

İslahat.az xəbər verir ki,bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsertindən danışarkən deyib. Adil Qeybulla bildirib ki, bu məsələ dərindən araşdırılma tələb edir:

"Əvvəla araşdıraq görək ki, adı çəkilən müğənni Azərbaycanda keçirdiyi konsertini Türkiyədə verə bilərmi? İkincisi, bu prosesə cavabdeh dövlət orqanları var. Açıqlama versinlər ki, həmin müğənnini Azərbaycana kim buraxıb və konserti kim təşkil edib? Nəyə görə tədbirlər görülməyib? Rayonda hər hansı bir yerdə məclis olan kimi icra və hüquq-mühafizə orqanları gəlib onu dağıdır. Bu boyda şou göstərilib,  amma hadisəyə münasibət susqunluqla nəticələnib. Bu karantin qaydalarına ziddir. Bu düzgün deyil".
 
İslahat.az