16 Fevral 2022
16:48
20319

"ABŞ regionda nəqliyyat yollarının açılmasına tərəfdardır"

"ABŞ regionda dayanıqlı sülhə və nəqliyyat yollarının açılmasına tərəfdardır".

İslahat.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyilə bağlı keçirilən dəyirmi masada bildirib.

"Biz logistika və nəqliyyat yollarının açılmasını istəyirik, regionda sabitliyə tərəfdarıq” – deyən diplomat eləcə də minalanmış ərazilər, məcburi köçkünlərin geri qaytarılması, həmçinin Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası kimi bir sıra mühüm məsələlərin də həllini gözlədiyini dilə gətirib.

İslahat.az