10 İyun 2021
14:47
24714

59 yaşlı kişi ağacdan yıxılaraq öldü

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

İslahat.az-ın məlumatına görə, hadisə rayonun Xırxatala kəndində baş verib.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Qafqaz İsayev həyətindəki ağacdan gilas yığarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az