11 Aprel 2018
11:48
3584

50 milyonluq Azərbaycan xalqının prezidenti...

Elşən Gəncəvi

Fikir ölkə qurur, həqiqəti yaşadır.

Vətəndaşları dövlətin ətrafında birləşdirmək isə prezidentin birinci ideyasıdır. "50 milyon” rəqəmi dünyada bizim varlığımızın hər zaman sübutudur. Bu sübutun bir mənalı dəstəkçisi prezidentdir. 31 dekabr tarixi bir ideyadır.


Prezident İlham Əliyevin gələcək üçün "İnsan kapitalı” ideyası

 

Bu gün "bəzi” insanlar prezidenti tənqid etmək üçün müxtəlif minuslar tapmaqla məşğuldur. Bəzi insanların beynində bir nəfər hədəf olur. Bunun rəsmi adı prezidentdir. Bəs müsbətləri görməmək nə qədər düzgündür?!

Prezident ölkəni dirçəltmək üçün yaşayıb, bacarığını isə istədiyi zaman nümayiş etdirə bilir. Bacarığı görmək istəməyən insan nə qədər səmimi ola bilər, bax bu mənə qaranlıq qalır.

Xaricilərlə ünsiyyətdə olduğun zaman hər bir insan öz prezidentin müsbət tərəflərini danışanda, qarşındakı xarici vətəndaş sənin prezidentindən stimul alır. Çünki niyə?


Prezident İlham Əliyev siyasətdə, iqtisadiyyatda etmək istədiyi inkişafa görə geri addım atmayıb.

 

Bir sabah idi. Həmin sabahı hər kəs xatırlayacaq. Sosial şəbəkələri ilk xəbər olaraq Ramil Səfərovun Azərbaycana gətirilməsi ilə partladı. Bu xəbəri oxuduqdan sonra "yes” sözünü demək hər bir azərbaycanlının borcu idi. Sevinc dolu göz yaşlarını yaxınlarımla bölüşdürmək isə bir qələbə hissi olmuşdur.

Bir sabah idi. Həmin sabahı hər kəs xatırlayacaq. İki azərbaycanlı şair "İran” adlanan yerdə saxlanıldı. Heç bir məlumat yox idi. Sosial şəbəkələrdə şairləri Bakıya gətirə biləcək şəxs isə prezident ola bilərdi. Prezident bacardı. Bu xəbər şəxsən mənim üçün bir qələbə idi.

Hər bir zaman irəliyə doğru istiqamətlənib. Bu gün geridə qalmış çətinliklərimizi yaşamamaq üçün inkişaf edirik. Bir zamanlar şəxsiyyət vəsiqəsinə görə, xarici pasporta görə, VÖEN əldə etmək üçün, sürücülük vəsiqəsini əldə etmək üçün aya bərabər olan günlərlə belə əldə etmək mümkün olmurdu. "ASAN” xidmət sayəsində saata bərabər olmayan dəqiqələrdə müxtəlif növ vəsiqələri əldə etdik.

 

Gəncəvi


Nizami Gəncəviyə sahib çıxacaq insan da prezidentdir. Farslar dünyaya dəfələrlə Gəncəvini fars şairi kimi qələmə vermək niyyətində olub. Amma Gəncə şəhərinə daxil olarkən Nizami Gəncəvinin əsərlərini bir abidə kitab şəklində görmək isə bax bu əsl sübutdur. Nizami Gəncəvi Azərbaycana məxsus bir dahidir.

Azərbaycanın keçmiş prezidentlərini yaşadacaq insanda prezidentdir. Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev kimi keçmiş prezidentlərə "eks-prezident” statusu verildi.

Hər növbəti ilimizdə yeni tikilən müasir avadanlıqlı fabriklər, xəstəxanalar, məktəblər işçi qüvvələrinin bərpa edilməsinə bərabərdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılaraq gənclərimizin ideyalarını reallaşdırmaq üçün böyük və kiçik miqyaslı qrantlar ayrılmaqdadır. Gənclər lahiyələr icra edərək dövlətimiz və gələcəyimiz üçün təminat verir.

Azərbaycan bugün dünyaya ən böyük ixracı neftdir. Qazanılan gəlirlərin sayəsində məcburi köçkünlər üçün yaşayış evləri təmin edəcək şəxsdə prezidentdir. Regionların inkişafına ayrılan maliyyə isə neftimizin bəhrəsidir.

 

Gələcək üçün qoyulan sərmaye böyük uğurların təməlidir.

 

Bakı şəhərini bir rumın dostuma göstərdiyim an ancaq fəxr edə bilərsən. Çünki Bakının inkişafı Rumıniya paytaxtı Buxarestdən də öndədir. Həmçinin, Gəncə şəhəri 2016-cı il Avropa Gənclər Paytaxtı olaraq Rumıniyanın Sibiu şəhərini önləyəcək.

 

Sonda:

 

Bilirəm "bəzi” insanlar bildirəcək ki, prezidentin vəzifəsidir bu cür işlərin görülməsi. Amma görülən işlər vətənimizi tarixin uğur səhifələrinə yazacaq. Sadəcə olaraq, həqiqət "satqın” deyil!

 

"Oxu-magiya" kitabı