07 Oktyabr 2021
11:07
20777

26 il nazir müavini işləmiş məmura yeni vəzifə verildi

İslahat.az xəbər verir ki, ötən il Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevə yeni vəzifə verilib.

Sabiq nazir müavini "Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub. 

Yeni təyinatı İlham Quliyev açıqlamasında təsdiqləyib. 

Qeyd edək ki, İlham Quliyev 1994-cü ildən 2020-ci ilin avqust ayınadək Kənd Təsərüfatı Nazirinin müavini vəzifəsində çalışıb. Prezidentin sərəncamı ilə ötən il 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İslahat.az