25 Yanvar 2022
14:00
21241

Nazirdən yeni təyinat

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.

İslahat.az xəbər verir ki, İsrail Əfəndiyev Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri təyin olunub.

Bunu ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bu təyinata qədər İ.Əfəndiyev Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı.

İslahat.az