Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 558 yeni yoluxma faktı qeydə alınıb, 1 241 nəfər müalicə olunaraq sağalıb.
İslahat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 6 684, hazırkı dövrədək isə 4 830 338 test aparılıb.
İslahat.az