25 İyul 2021
16:50
20409

Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına  386 yeni yoluxma faktı qeydə alınıb,  149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İslahat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 4 nəfər COVID-19-dan dünyasını dəyişib.

İslahat.az