22 Noyabr 2020
12:54
3588

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb - FOTO

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Bu barədə İslahat.az AZƏRTAC-a istinadən xəbər verir.

İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.


İslahat.az