24 Mart 2020
12:20
437

"Real Madrid"in sabiq prezidenti koronavirusa yoluxdu

İspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.

İslahat.az xarici mediaya istinadən xəbər verir ki, 72 yaşlı biznesmen Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib. Alvares 2016-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti prezidenti təyin olunub.

Bir neçə gün əvvəl koronavirus infeksiyasından "Real Madrid"in daha bir prezidenti Lorenso Sans 76 yaşında ikən vəfat edib.

İslahat.az