23 Aprel 2019
17:38
1240

“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi - FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Azərbaycan Dillər Universiteti tələbələri ilə keçirib.

İslahat.az xəbər verir ki, "Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

"Gələcək üçün” ümumrespublika marafonu Azərbaycan Dillər Universitetinin iki tədris binasında keçirilib. 

Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə marafon işitrakçılarının salamlayaraq bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir. Daha sonra "İnsan Mühəndisliyi” proqramı çərçivəsində "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” və "İnsan kapitalı” mövzusunda təlim keçmişdir.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.

İslahat.az