04 Dekabr 2019
15:21
1011

Zlatan İbrahimoviç “Milan”a qayıdır

İsveçli hücumçu Zlatan İbrahimoviç futbolçu karyerasını İtaliyanın "Milan” klubunda davam etdirəcək.

"The Telegraph” yazır ki, 38 yaşlı hücumçu müqavilənin şərtlərini "rassionerlərlə” razılaşdırıb.

Daha öncə İtaliya KİV-ləri məlumat vermişdi ki, "Milan” rəhbərliyi İbrahimoviçin transfer xəbərini 15 dekabr – klubun 120 illik yubileyində elan etmək qərarı verib.

2010-2012-ci il mövsümünü "Milan” klubunda keçirən Z.İbrahimoviç, meydana çıxdığı 85 oyunda 36 qol vurub. 

İslahat.az