11 Fevral 2019
17:55
1212

“Zirə” fransalı futbolçunu heyətinə qatdı

"Zirə” futbol klubu fransalı Şafik Tiqrudca ilə anlaşıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsüm sonuna kimi müqavilə bağlanılıb. 

27 yaşlı futbolçunun son klubu Albaniyanın "Kukesi” klubu olub. Şafik, bundan başqa, Kiprin "Alki”, Fransanın "Le Pontent”, "Nor”, "Les Herbis” klublarında çıxış edib. 

O, "Zirə”də 48 nömrəli forma ilə çıxış edəcək.

İslahat.az