03 Avqust 2021
11:57
21226

Zərdabda 20 Vətən müharibəsi iştirakçısına medal təqdim olundu-FOTOLAR

Zərdabda 20 Vətən müharibəsi iştirakçısına medal təqdim olundu.

İslahat.az xəbər verir ki,Zərdabda torpaqlarımızın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə medal və vəsiqələrlə təltif olunublar.

Zərdab rayon icra hakimiyyətinin binasında keçirilən təqdimat mərasimində, İcra hakimiyyətinin başçısı Mərdan Camalzadə,başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

İlki öncə işğaldan azad edilmiş torpaqlarımızın uğrunda şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə açaraq bildirib ki,Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımız işğaldan azad olundu.

O, qeyd edib ki, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Torpaqlarımız düşmən tapdağından azad edildi. 30 illik həsrət sona çatdı və biz o torpaqlara qayıtdıq. Təbii ki, bu yolda vətən üçün canından keçən şəhidlərimiz də oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, bildirmək istəyirəm ki, onların bizə əmanət qoyduqları ailə üzvləri hər zaman dövlətin diqqətindədir.

Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən ”Füzulinin azad olunmasına görə’‘ medalları ilə təqdim olunub.

Təqdimat mərasimində Vətən müharibəsi iştirakçıları onları medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdilər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

İslahat.az