22 Sentyabr 2021
11:03
20376

Zərdab şəhər sakinindən ölkə başçısı İlham Əliyevə müraciət-FOTOLAR

İslahat.az Qanunla.Az-a istinadən xəbər verir ki, Zərdab şəhər sakini Rövşən Cəfər oğlu Mirzəyev  Azərişıq ASC-nin Zərdab şəhər Elektrik Şəbəkəsinin müdiri Malik Hüseynovun yarıtmaz fəaliyyəti ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Zərdab şəhər M.Xəlilov küçəsi ev 14-də yaşayan sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən

ƏRİZƏ:

Möhtərəm cənab Prezident!

Siz dəfələrlə ictimai nəzarətə daha da çox ehtiyac olduğunu vurğulamısınız. Bizdə bir ictimai fəal olaraq buna əməl etməyi özümüzə borc bilirik.
Təqdim etdiyim bu faktlar Zərdab rayon işıq idarəsinin müdiri Hüseynov Malikin öz işinin öhdəsindən gələ bilməməsinin bariz nümunəsidir.
Təqdim olunan faktlarda adi ağacdan basdırılan telefon dirəyinə əlavə ağac calanaraq yüksək gərginlikli işıq xəttinə qoşublar.Ən əsası da faktın başqa birində yüksək gərginlikli işıq xəttinin (çox aşağı ilə,əl çatacaq dərəcədə) üstü açıq vəziyyətdədir, insanlar da həmin yerdən gündəlik gediş-gəliş etdikləri üçün hər gün, hər an ölüm təhlükəsi ilə rastlaşırlar.

Möhtərəm cənab Prezident!

Zərdab rayon işıq idarəsinin müdiri Hüseynov Malikin bu qanunsuzluqu insanlara belə saymamazlığı və.s kimi özbaşınalıqları yol verilməzdir.Hətta bu adamın bucür ožbaşnalıqları rayon rəhbərinin son iki ildə rayonumuzda gördüyü işlərin üstünə birbaşa kölgə salır.

Təqdim etdiyim bu faktları insanların həyatına təhlükə yaradan bu halların yoxlanılması və bu özbaşınalıq edən Malikin barəsində qanuni tədbir görülməsi üçün ölkənin hüquq mühafizə orqanlarına göstəriş verməyinizi sizdən xahiş edirəm.
Azərişıq ASC-nin rəhbəri Vüqar Əhmədov bu özbaşınalıqlarla bağlı sizə hər hansı müdafiə xarakterli arayış təqdim edərsə bilin ki, yalandır və Malikin müdafiəsi üçündür.

Möhtərəm cənab Prezident!

Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm!

İslahat.az