19 Noyabr 2021
14:28
20180

Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır!

"Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə! Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır”.

İslahat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının 32 illik Azadlıq mübarizəsinin ən parlaq səhifəsidir:

"Gəlin, real mübarizə apardığımız müddəti qısaltmayaq, çünki biz 32 ildir bu yolda şəhid veririk. Bəlkə gələcəkdə yenə şəhidlərimiz olacaq, amma onların qisası heç zaman yerdə qalmayacaq. Zəngəzur dəhlizinin açılması Zəfərimizin bariz nümunəsi olmaqla bərabər, şəhidlərimizin qisasının alınmasının sübutlarından biridir”.

Bununla bağlı rəsmi açıqlamının olması gözlənilir.

İslahat.az