26 Aprel 2022
16:19
16077

Zəfər Qurultayında Prezident İlham Əliyev bütün dünyaya milli birliyinin ən ali təcəssümünü göstərmiş oldu

Azərbaycanxalqı 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, uzun illər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə itirilən torpaqlarımızı geri qaytarmağa nail olaraq regionda yeni siyasi reallığın əsasını qoyan lider kimi adını ən müasir tariximizə yazmışdır. Azərbaycan xalqı bu gün də sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbənin sevincini, yüksək fəxarət duyğuları ilə, hədsiz fərəh, qürur hissləri ilə yaşayır.

Cənab Prezident İlham Əliyevin "Bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”nitqixalqımızın şərəf və ləyaqət tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfəringələcək nəsillər üçün əbədi sevinc mənbəyi olacağına bir mesajdır.

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının məhz "Şuşa ili” çərçivəsində qeyd olunması çox böyük tarixi-mənəvi və rəmzi məna daşıyır.Şanlı qələbədən sonra ilk dəfə olaraq dünya azərbaycanlıları bir araya gəldi, Zəfər qurultayında həmrəylik nümayiş etdirdi.Nəzərə alsaq ki, Şuşa dünya azərbaycanlıları üçün mənəvi paytaxtdır,Qarabağın döyünən ürəyidir,bu baxımdan soydaşlarımız bu günü 30 il səbirsizliklə gözlədilər.İndi bütün dünya azərbaycanlılarıQarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı ziyarət etməyə tələsir, onun qədim tarixi ilə yaxından tanış olmaq istəyirlər.

Qurultayda postmünaqişə dövrünün reallıqları ilə üz-üzə qaldığımız bir vaxtda ölkəbaşçısıgörüləcək işlərin yol xəritəsi və yeni vəzifələri müəyyənləşdirdi.Cənab prezident həm dəməğlub Ermənistan və onun havadarlarına bir daha çatdırdı ki, bundan sonra hansısa siyasi oyun oynamaq mənasızdır. Qarabağ münaqişəsi bitib, status-kvonu Azərbaycan öz gücünə dəyişib və hər kəs bu reallıqları qəbul etməlidir. Ermənistan isə İlham Əliyevin 5prinsipdən ibarət təkliflərini özündə ehtiva edən sülh müqaviləsini imzalamağa məhkumdur.Çünki istənilən müharibənin sonunda diktə edən qalib tərəf olur.

Qurultay iştirakçılarının hamılıqla səsləndirdiyi "Qarabağ Azərbaycandır!” şüarının sədası isə artıq bütün Qarabağa, Şərqi Zəngəzura yayıldı. Xankəndidə və Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan torpaqlarında yaşayan Qarabağın erməni əhalisinə bir daha bəlli oldu ki, bundan sonra tarix boyu Azərbaycan bayrağının kölgəsi altında yaşayacaqlar.

​Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəylik nümayiş etdirir. Ölkənin siyasi tarixində ilk dəfə olaraqdünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər QurultayındaAli Baş Komandan, Prezident İlham Əliyevsoydaşlarımızla bütün dünyayamilli birliyinin ən ali təcəssümünü göstərmiş oldu. Bu həmrəyliyə xalq özü seçim edərək qərar verib.Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq.Bu həmrəylik, bu birlik isə xalqın qəlbindən gələn seçimidir.

Günel Məmmədova

Gender siyasəti və gənclərlə iş şöbəsinin əməkdaşı

İslahat.az