06 Noyabr 2021
15:54
20475

Zəfər Günü münasibətilə Türkiyədə silsilə tədbirlər keçirilir - FOTO/VİDEO

Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və səfirliyin nəzdində Hərbi Attaşelik Aparatı tərəfindən Ankara şəhərində təntənəli tədbir keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Türkiyənin milli müdafiə naziriHulusi Akar və qardaş ölkənin digər dövlət və hökumət nümayəndələri, xarici ölkələrin hərbi attaşeləri, həmçinin Ankarada müalicə alan qazilərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi orkestrinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

İslahat.az