25 Mart 2020
13:23
400

Özbəkistanda koronavirusa yoluxma halları aşkarlanıb

Özbəkistanda daha 5 nəfərdə yeni növ koronavirus aşkar edilib.

İslahat.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyinin məlumatına görə, martın 15-də Fransadan qayıdan qadına respublikada ilk dəfə COVID-19 xəstəliyi diaqnozu qoyulub. Son faktlardan sonra ölkədə yoluxanların ümumi sayı 55 nəfərə çatıb.
İslahat.az