01 Fevral 2022
15:23
22455

Zakir Həsənov və Hulusi Akar görüşdülər

Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Türkiyədə həmkarı Hulusi Akarla görüşüb.

İslahat.az xəbər bu barədə "Haber Global” məlumat yayıb.

Səhər saatlarında Ankaraya gələn Zakir Həsənov ilk növbədə "Anıtqəbir”i ziyarət edib. Ziyarət çərçivəsində Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyulub, "Misak-i Milli Kulesi”ndə Azərbaycan Müdafiə naziri "Anıtqəbir özəl dəftəri” imzalayıb.

"Atatürkün xatirəsini hər zaman qəlbimizdə anırıq. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı”, - deyə Z.Həsənov xatirə dəftərində qeyd edib.

Daha sonra Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında görüş başlayıb. Nazirlər görüşdə ikitərəli münasibətlərlə yanaşı, həmçinin regional məsələləri də müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir. Nazirlərin görüşündə həmçinin Moskvada əldə olunan razılaşmaların Hulusi Akar tərəfindən azərbaycanlı həmkarına çatdırılması da gözlənilir.

İslahat.az