28 Sentyabr 2021
12:47
22762

Zakir Həsənov generala yeni VƏZİFƏ VERDİ - FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

İslahat.az bildirir ki, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Nazirin digər əmri ilə, Bəkir Orucov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və Mənəvi-Psixoloji təminat İdarəsinin rəisi rəisi vəzifəsinə təyinat alıb.

Hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini Saday Balayev icra edir.
İslahat.az