06 May 2019
11:17
684

Yevlaxda faciə: ata maşınla uşağını vurub öldürdü

Yevlaxda ata öz azyaşlı oğlunu maşınla vuraraq öldürüb. Hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.

İslahat.az xəbər verir ki, ata maşını döndərmək istəyərkən ehtiyatsızlıqdan dörd yaşlı oğlunu əzib.

Qəza faciəvi sonluqla nəticələnib. 2015-ci il təvəllüdlü Kənan Ruslan oğlu İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır. 
 
İslahat.az