10 Avqust 2020
14:03
588

Yenigündəm.az-ın 3 yaşı tamam oldu

Bu gün Yenigundem.az internet saytının ad günüdür. 

İslahat.az xəbər verir ki, müstəqil media qurumunun 3 yaşı tamam olur. "Yeni Gündəm” informasiya portalı 10 avqust 2017-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildən etibarən "Gündəm Media Group”un tərkibində fəaliyyətini davam etdirir.

Sayt ölkədə və dünyada baş verən hadisələri operativ və obyektiv şəkildə təqdim edir, müsahibə və reportajlarını oxucularına çatdırır. 

Bu münasibətlə İslahat.az kollektivi adından təbrik edir, işlərində uğurlar arzulayırıq.

İslahat.az