28 İyul 2020
12:27
466

Yeni Təhsil naziri kollektivə təqdim olunub

Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub.

İslahat.az bildirir ki, Nazirlikdən mətbuata verilən məlumata görə, naziri kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, Firudin Qurbanov, İdris İsayev və şöbə müdirləri iştirak edib.

Xatırladaq ki, Emin Əmrullayev 27 iyul 2020-ci il tarixində Prezidentin Sərəncamı ilə Təhsil naziri təyin olunub.

İslahat.az