17 Yanvar 2020
14:13
1089

Yeni sosial şəbəkə "Facebook"u - GERİDƏ QOYDU

TikTok sosial şəbəkəsi populyarlığına görə Feysbuk platformasını geridə qoyub. 

WhatsApp hələ ki liderliyi qoruyur.

İslahat.az xəbər verir ki, ötən ilin yekunlarına əsasən TikTok-u 700 milyondan çox  şəxs yükləyib.

Bununla da TikTok şəbəkəsi Feysbuk kimi dünya nəhəngini geridə qoyub. Sözügedən şəbəkə ötən il yüklənmə sayına görə yalnız  WhatsApp-dan (850 milyon) geri qalır.

"Sensor Tower”in araşdırmasına görə, "TikTok” yüklənməsinin 45%-i Hindistanda qeydə alınıb.

İslahat.az