08 Yanvar 2021
13:05
13198

“YAŞAT” Fondu ilə bağlı son yeniliklər açıqlanıb - CANLI YAYIM

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyevin iştirakı ilə "YAŞAT” Fondu ilə bağlı konfrans keçirilir.

Oxu.Az-ın müxbirinin məlumatına görə, tədbir qurumun fəaliyyətinə, həmçinin, Fondun portalının təqdimatına həsr olunub. 

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "YAŞAT” fondunun rəhbəri Elvin Hüseynov və "YAŞAT” fondunun müdir müavini Rəbiyyə Cəfərova iştirak edir.