14 Sentyabr 2021
16:29
22299

Yaqub Zurufçunun səhhəti ilə bağlı SON DURUM

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

İslahat.az xəbər verir ki, "Yeni Klinika”dan  bildirilib ki, Yaqub Zurufçunun vəziyyəti çox kirtikdir.

"Təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir", -xəstəxanadan bildirilib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.
 
İslahat.az