YAP Zərdab rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.
İslahat.az xəbər verir ki,Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri
düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsi YAP Zərdab rayon təşkilatının qərargahında pandemiya şərtlərinə
uyğun davam edib.
Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini
icra edən Pərvin Mahmudova 29 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin
yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında
əhəmiyyətli rolundan danışıb. Natiq qeyd edib ki, "Yeni Azərbaycan Partiyasının
müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar
sırasında olması onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik
siyasəti ilə bağlıdır. Daxili və xarici siyasət strategiyasının aydın
konturları YAP-ın cəmiyyətin mütləq əksəriyyətinin inamını qazanmasında müstəsna
rol oynayır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha
da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında
fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham
Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli
maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib.”
P.Mahmudova bildirib ki, bu gün YAP-ın yaradılmasının 29-cu ildönümünü qalib
xalq kimi Zəfər qazanmış dövlətimizdə qeyd edirik. Cəmi 44 gün sürən hərbi əməliyyatlar
nəticəsində Azərbaycan Respublikasının, Ali Baş Komandanı cənab İlham Əliyevin
polad iradəsi, yüksək sərkərdəlik qabiliyyəti, qətiyyəti və xalqın ona olan
inamı sayəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan
şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi
yeri olan, Qarabağın tacı hesab olunan Şuşa şəhərini, ümumilikdə 300-dən çox
yaşayış məntəqəsini, həmçinin bir neçə mühüm strateji yüksəklikləri işğaldan
azad etdi. Məhz onun yüksək diplomatik məharəti sayəsində Ermənistan üçtərəfli
Bəyanata imza atmaqla Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana
qaytarmağa məcbur oldu və ölkəmiz 30 ilə yaxın davam edən işğal faktına öz hərbi-siyasi
gücü ilə son qoydu.
İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı quruculuq və bərpa
dövründə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva
da cənab Prezident İlham Əliyevlə birlikdə, çiyin-çiyinə mübarizə aparmış,
ordumuza, xalqımıza mənəvi güc verərək dəstək olmuş, əsl həqiqətlərin dünyaya
çatdırılması istiqamətində misilsiz xidmətlər göstərmişdir. Qalibiyyətlə bitən
müharibədən sonra Ali Baş Komandan İlham Əliyevlə birlikdə Mehriban xanım
Əliyeva ilə birlikdə Milli Ordumuz tərəfindən azad olunmuş kənd, şəhər və
rayonlara ziyarət səfərləri, şəhid ailələrinə yaralı döyüşçülərimizə hərtərəfli
qayğı, talan edilib dağıdılmış yurd yuvalarımızın bərpası üçün başladığı
irimiqyaslı layihələr xalqımız tərəfindən minnətdarlıqla qarşılanır.
Tədbirdə "Maliyyə idarəsi” ərazi ilk partiya təşkilatının sədri Etibar Hacıyev,
YAP fəalı Maisə Xəlilova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası
Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla ölkədə həyatın
bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirib. Yarandığı gündən onun xalq
arasında siyasi nüfuzu, siyasi gücü artıb, inkişafımızın bütün sahələrinə təsir
etmək qabiliyyəti yüksəlib.
Daha sonra Rayonun ictimai-siyasi həyatında və Vətən müharibəsində fəal iştirak
edən bir qrup partiya fəalına Fəxri Fərmanlar verilib, YAP sıralarına yeni qəbul
olunmuş bir qrup fəal gəncə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaydan Partiyasının yaranmasının 29-cu ildönümü
münasibəti ilə ağacəkmə kampaniyası keçirilib.
İslahat.az