03 Sentyabr 2019
15:56
242

YAP-dan yeni qərar - Nazirlər suallara cavab verəcək

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. 

İslahat.az bər verir ki, layihənin məqsədi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

 

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

 

İslahat.az