17 Yanvar 2022
16:07
20292

YAP-çı deputat seçicilərinə hesabat verdi - FOTO

YAP-çı millət vəkili Anar Məmmədov deputat seçildiyi 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Goranboy rayonu Heydər Əliyev Mərkəzində seçiciləri ilə 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli görüş keçirib

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, görüşdən öncə millət vəkili bir qrup ziyalılar və ağsaqqallarla birlikdə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra Heydər Əliyev Mərkəzində millət vəkili ötən ildəki fəaliyyəti barədə geniş hesabatla çıxış edib.

Hesabat çıxışında Anar Məmmədov seçici müraciətləri, onların təmin olunması, pandemiya və müxtəlif əlamətdar günlər ilə əlaqədar imkansız ailələrə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumatları seçicilərinin diqqətinə çatdırıb.

Sonda görüşdə iştirak edən ağsaqqallar və ziyalılar Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

İslahat.az