07 Mart 2019
16:36
855

Xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün - İLK

İlk dəfə olaraq bu ildən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil sisteminin asanlaşdırılması istiqamətində yenilik tətbiq ediləcək.

İslahat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva məlumat verib.

O bildirib ki, evdə və xüsusi təhsil formaları mövcuddur, ümumi təhsilin hamı üçün əlçatan olmasını təmin etməyə çalışırlar:

"Artıq həmin uşaqların valideynləri də elektron qeydiyyat sisteminin tətbiq edildiyi səkkiz ərazi üzrə bütün sənədləşmə işlərini elektron qaydada apara biləcəklər. Sistem özü həmin uşaqlara müvafiq istiqamətdə avtomatik növbələr tətbiq edərək, onların işini daha da rahatlaşdırmağa çalışacaq.

Valideyn həm xüsusi məktəbi, həm internat tipli gimnaziyanı, həm də inteqrasiya tipli təlim müəssisəsini elektron sistem vasitəsilə seçərək övladının qeydiyyatını apara biləcək”.

İslahat.az