23 Oktyabr 2020
17:41
1767

Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

İslahat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.
 
İslahat.az