02 Dekabr 2021
12:18
22386

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursat aşkar edilib.

İslahat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Polis əməkdaşları yeddi avtomat, üç qumbaraatan, üç pulemyot, yeddi qumbaraatan mərmisi, səkkiz əl qumbarası, dörd partladıcı vasitə, üç sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.

İslahat.az