18 Yanvar 2022
10:39
21335

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın Enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir

"Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın Enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir

Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Bir çoxları alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq gərəkdir. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda.
Bu şərait və imkanlar Azərbaycanda mövcuddur və ölkəmizdə bu istiqamətin inkişafı üçün böyük səylər göstərilir. Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji”yə keçidin təmin edilməsi sahəsində reallaşan layihələr, görülən işlər hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamı, yeni mərhələsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi "yaşıl enerji”nin ölkə inkişafında aparılan mühüm tədbirlərin bariz nümunəsidir.
Azərbaycanın enerji siyasətinin "yaşıl” istiqamətinin inkişafı çərçivəsində digər əlamətdar bir hadisə Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power” şirkəti arasında Xəzərin Azərbaycan sektorunda külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması olub. Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Xatırladaq ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji” zonasına çevirmək niyyətindədir. Təbii ki, bütün bunlar həm ekologiyaya müsbət təsirini göstərəcək, həm də ənənəvi enerji resurslarına daxili bazarda qənaət edəcəkdir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb

Yanvarın 13-də Azərbaycanda xarici investorların maliyyə vəsaiti hesabına Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. Prezident İlham Əliyev hələ yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsinin gedişində bu hadisənin anonsunu verərək qeyd etmişdi ki, bu möhtəşəm tikinti üçün tələb olunan vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər və bu, əlbəttə ki, ölkəmizin inkişafına, gələcəyinə olan inamın təzahürüdür”.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də bərpaolunan enerji növlərinin istehsalı kimi məsələlər dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan da yeni inşa olunacaq Külək Elektrik Stansiyası (KES) həmin məsələlərin həllinə öz töhfəsini verəcəkdir.
Yeni stansiyanın təməlqoyma mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Hazırda Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Bu isə o deməkdir ki, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib. Digər tərəfdən, təbii qazın ildən-ilə artan ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Lakin ölkə əhalisinin artımı ilə, enerjiyə olan tələbat da artır. Buna görə də Azərbaycanda yeni enerji növlərinin istehsalı istiqamətində ciddi işlər aparılır. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində dövlətin gündəliyində duran əsas vəzifələrdən biridir. Təbii ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycana qonşu ölkələrdə və Avropa ölkələrində də enerjiyə olan tələbat durmadan artır. Buna əhalinin say artımı amili ilə yanaşı, həm də bəzi ölkələrdə atom elektrik stansiyalarının və kömürlə işləyən elektrik stansiyalarının bağlanması ilə bağlı qəbul edilən qərarlar da təsir edir. Buna görə də qonşu ölkələrə elektrik enerjisi ixrac edən Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.
Son illər Azərbaycanda energetika sahəsində aparılan islahatlar hər bir investor üçün önəmli rol oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Cənab Prezidentin dediyi kimi, xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir.
Mütəxəssislərin proqnozuna görə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bir il ərzində 200 milyon kubmetr ekvivalentində qaz sərfiyatının qarşısını alacaq, biz təbii qaza qənaət edəcəyik. Bu, həm də ekologiyanın təmizlənməsinə xidmət edəcək. Bir sözlə, "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bütün aspektlərdən baxanda uğurlu bir enerji layihəsidir.

Kəmalə Əliyeva Əlibəyli kənd tam orta məktəbinin direktoru

Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda,bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir

XXI əsrdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohidrogen ehtiyatının tükənməsi və həmçinin dünyanın gündən-günə enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindəndir.
Külək qurğularının və günəş batareyalarının quraşdırılması ətraf mühitdə hər hansı bir ekoloji pozuntu ilə müşayiət olunmur. Bu qurğuların dünyanın bir çox yerlərində, eləcə də Abşeronda quraşdırılması və istisimarı üçün əlverişli yerlər mövcuddur. Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa-olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
13 yanvar 2022-ci il tarixdə Azərbaycanın iqtisadi-siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Gülüstan sarayında 240 MVt gücündə "Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.
Təməlqoyma mərasimində cənab Prezident İham Əliyev çıxışı zamanı qeyd etdi ki, Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksək gərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər”
Ölkə başçımızın sözlərinə görə region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır: "Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan "Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini "yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var”.
Ölkə başçımızın da söylədiyi kimi, bu müqavilə onu bir daha təsdiq edir ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən yüksək maraq var. Bunu da şərtləndirən amillər sabitlik, əmin-amanlıq, əlverişli biznes mühiti, investorlar üçün yaradılan münbit şəraitdir.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Dövlət proqramlarının, Fərman və sərəncamların uğurla icrası da ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini yüksək səviyyədə təmin edir.
Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu əcnəbi investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin qəbuluna xüsusi əhəmiyyət verir. Bu zaman investisiya layihələrində əsasən maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara tam uyğun gələn müəssisələrin yaradılmasına diqqət yetirilir. Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə "açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Ölkəmizə investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin, həm də siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyin direktoru

Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir. Hazırda respublikada sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri uğurla fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident cənab İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Ümumilikdə isə müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Ölkəmizə xarici sərmayələrin qoyulmasında Səudiyyə Ərəbistanı Krallığı hökuməti də özünə məxsusu yer tutr.
Belə ki, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın olması əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verir. Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişafı, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları yaradılmışdır.

Səlim Zeynalov – Dəkkəoba kənd tam orta məktəbinin direktoru

İşğaldan azad edilmiş ərazilər – 10 min kvadratkilometr ərazi "yaşıl enerji” zonası elan edilib

Bu gün alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi günü-gündən güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və "yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının "yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
Bir neçə gün bundan qabaq Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Tədbirdə Prezident cənab İlham Əliyev çıxış edərək bildirdi ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək: "Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpa olunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik”.
Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazini "yaşıl enerji” zonası elan edib. Qısa bir müddətdə həmin ərazilərdə ermənilər tərəfindən yararsız hala salınmış su elektrik stansiyaları bərpa olunur.
Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var. Bir sözlə, "yaşıl enerji”nin ümumi enerji sektorunda payının artırılması istiqamətində atılan addımlar qlobal çağırışlara mühüm töhfədir.

Şəhla Eminova –əməkdar müəllim

"Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin güclü enerji resurslarına malik dövlət kimi mövqeyini daha da gücləndirəcək

"Səudiyyə Ərəbistanının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması çox mühüm iqtisadi və ekoloji hadisədir. Belə ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ənənəvi olmayan enerji sektoruna xarici sərmayənin və innovativ texnologiyanın cəlb edilməsi, enerji istehlakında alternativ mənbələrin rolunun artırılması və dayanıqlı enerji təminatı olduqca vacibdir. Və bu təkcə bizim üçün deyil, bütün dünya üçün vacib prioritetlərdir. Çünki atmosferə atılan zərərli tullantıların həcminin artmasının qarşısının alınması, "yaşıl enerji”yə keçid sivil dünyanın gündəliyində ən mühüm yerlərdən birini tutur.”
Bu gün dünya dövlətləri aktiv şəkildə atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, kömür və qazla işləyən eləktrik stansiyalarının "yaşıl enerji” mənbələri ilə əvəz edilməsi istiqamətində müəyyən planlar qururlar. Məhz bu təşəbbüslərə qoşularaq Azərbaycanda 2030-cu ilə qədər istehsal ediləcək elektrik enerjisinin 30%-nin bərpaolunan enerji ilə əvəz edilməsi planlaşdırılır: "Prezidentin də qeyd etdiyi kimi inşa olunacaq stansiyanın əhəmiyyəti təkcə iqtisadi mənfəətlə də bitmir. Stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Eyni zamanda, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Belə ki, nəticə etibarilə 220 milyon kubmetr qaza qənaət olunacaq və bu da il ərzində 400 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Bununla da ölkəmizin regionda güclü enerji resurslarına malik dövlət kimi mövqeyi daha da artacaq, eyni zamanda, atmosferə atılan çirkli tullantıların azalması sayəsində ekoloji tarazlıq güclənəcək.”

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur

44 günlük Vətən müharibəsində 10 min kvadratkilometrdən çox ərazilərimiz işğaldan azad olunandan sonra Prezident İlham Əliyev bu əraziləri "yaşıl enerji” zonası elan etmişdir: "Məhz qısa zaman kəsiyində həmiz ərazilərdə ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyaları bərpa edilir və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji stansiyalarının yaradılması istiqmətində işlərin görülməsinə başlanmışdır. Təbii ki, "yaşıl enerji”nin payının enerji sektorunda artırılması istiqamətində atdığımız addımlar qlobal çağırışlara verdiyimiz töhfədir.
Stansiyanın tikintisi ilə bağlı qərar bir il öncə verilmişdir və son bir il ərzində bu istiqamətdə olduqca fəal iş aparılırdı. Heç şübhəsiz ki, sazişin digər mühüm əhəmiyəti də yeni iş yerlərinin açılacağı ilə bağlıdır. Çünki bu həcmdə stansiyanın tikintisi və sonra fəaliyyəti çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq.”
İnşa olunacaq stansiyanın investoru da tanınmış və bu sahədə böyük təcrübəsi olan şirkətdir: "Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti enerji sahəsində dünyanın ən böyük şirkətidir və şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur.
Ümumiyyətlə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır. Təməlqoyma mərasimində Prezidentin də qeyd etdiyi kimi bütün Azərbaycan xalqı işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəyin əlamətidir. Bu gün Azərbaycan və Səudiyə Ərəbistanı energetika sahəsində OPEC+ formatında da fəal əməkdaşlıq edir.
Bu saziş, neft-qaz sektorunda xarici şirkətlərlə imzalanmış irihəcmli enerji sazişlərindən sonra regionda sərmayə tutumuna və enerji istehsalı imkanlarına görə, ən böyük qeyri-neft sazişlərindən biri kimi də tarixə düşəcək.”

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Enerji təhlükəsizliyinin təmin edilməsi ölkəmiz üçün prioritet məsələdir

Azərbaycan iqtisadiyyatına töhfə verəcək daha bir enerji layihəsinin təməlqoyma mərasimi keçirildi. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək.
Stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Stansiyanın tikintisi ilə bağlı qərar bir il öncə verilmişdir və son bir il ərzində fəal iş aparıldı. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır. Bu, həm də çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Cənab Prezident İlham Əliyevin təməlqoyma mərasiminə həsr edilən çıxışında dediyi kimi, bizim təbii qaza qənaətimizlə bağlı planlarımızda olan məsələlər öz həllini tapacaq, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq.
Təsadüfi deyil ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru Səudiyyə Ərəbistanının şirkətidir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri var. Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəyi də unutmayıb. Səudiyyə Ərəbistanı o ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmayıb.
İqtisadi sahədə əlaqələr gələcəkdə də inkişaf edəcək.
Son illər Azərbaycanda energetika sahəsində aparılan islahatlar hər bir investor üçün önəmli rol oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Cənab Prezidentin dediyi kimi, xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Ölkə əhalisi artdıqca təlabat artır. Ona görə də yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq.
Külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir.
Bu layihəyə qədər Azərbaycanda ən böyük külək elektrik stansiyası Qobustan Hibrid Elektrik Stansiyası idi. Bundan sonra təməli qoyulan "Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın ən böyük gücə malik külək elektrik stansiyası olacaq.
Mütəxəssislərin proqnozuna görə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bir il ərzində 200 milyon kubmetr ekvivalentində qaz sərfiyatının qarşısını alacaq, biz təbii qaza qənaət edəcəyik. Bu, həm də ekologiyanın təmizlənməsinə xidmət edəcək. Bir sözlə, "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bütün aspektlərdən baxanda uğurlu bir enerji layihəsidir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

"Xızı-Abşeron” Külək Elektrik Stansiyasını Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində olduqca əhəmiyyətli hadisə hesab etmək olar

Bu gün alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi günü-gündən güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və "yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının "yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
"Xızı-Abşeron” Külək Elektrik Stansiyasını Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində olduqca əhəmiyyətli hadisə hesab etmək olar. Bu stansiyanın ərsəyə gətirilməsi onu göstərir ki, bərpa olunan enerji növlərinin istehsalına Azərbaycan dövləti böyük önəm verir. İnşa olunacaq stansiya ölkəmizdə bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Onun istehsal gücü 240 meqavatdır. Bu istiqamətdə Azərbaycana 10 milyardlarla dollar həcmində sərmayə qoyulub. Hazırda sərmayə qoyuluşu davam edir. Dünyada maliyyə böhranının olması, eləcə də pandemiyanın mövcudluğu və bununla bağlı iqtisadi fəallığın azalması mənfi amillər sırasındadır. Bütün bunlara baxmayaraq, dost ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verdi. İnşa olunacaq stansiyanın investoru bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkətidir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında sıx dostluq münasibətləri mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılıb. Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. O cümlədən işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstək birmənalı danılmazdır. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, torpaqlarımızın işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmayıb. Bu da Azərbaycan dövlətinə, xalqına göstərilmiş mənəvi dəstək və qardaşlığın əlamətidir. Həmçinin iqtisadi sahədə ölkələrimiz arasındakı əməkdaşlığın çox böyük perspektivləri var. Bundan əlavə, qeyd edim ki, sözügedən layihə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə bir töhfədir. Layihə ölkə iqtisadiyyatına yatırılan 300 milyon dollar xarici investisiya deməkdir. Həmçinin bu, 220 milyon kubmetr qaza qənaət və atmosferə atılacaq 400 min ton karbon qazını azaldacaq”,
Son illər ölkəmizdə, xüsusilə energetika sahəsində aparılan islahatlar, münbit investisiya iqlimi, uğurlu inkişaf, əmin-amanlıq və təhlükəsizlik baxımından investor üçün mühüm rola malikdir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

İslahat.az