11 Aprel 2019
12:47
1475

XİN Moskva görüşü barədə məlumat yaydı

Aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüş Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Ermənistan XİN nazirlərin görüşünün vaxtı barədə məlumat yaymışdı.
 
İslahat.az