10 İyun 2021
11:26
14526

Xəzərdə batan 29 yaşlı gəncin meyiti tapıldı

Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.

İslahat.az-ın məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az