13 Yanvar 2021
04:01
15609

Xeyriyyəçi Aynur Qarayeva “Luxury Society” layihəsində

2021-ci ilin ən reytinqli layihəsi olacaq "Luxury Society”-nin fəxri üzvlərinin və mükafatçılarının adları açıqlanıb.

İslahat.az xəbər verir ki, "Luxury Society” layihəsinin iştirakçıları arasında "Umay Ana" KQ təsisçisi, müəllimə və xeyriyyəçi Aynur Qarayeva da yer alıb. Bu barədə layihənin sosial media hesabında paylaşım olunub, xəbəri Aynur xanım özü də təsdiq edib. O gələn təbriklərə görə hər kəsə dərin minnətdarlığını bildirdiyini deyib.

Qeyd edək ki, "Luxury Society” layihəsi adınızı və ya şirkətinizi dünya brendinə çevirməyə dəstək və motivasiya üçün yaradılıb.

İslahat.az