11 Aprel 2019
15:41
2051

Xaricdə magistratura təhsilini Gənclər Fondu maliyyələşdirəcək

2019-2020-ci tədris ilində gənclərin xaricdə magistratura pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək.

İslahat.az
xəbər verir ki, bunu parlamentin Gənclər və İdman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı fondun icraçı direktoru Fərid Cəfərov deyib.

O qeyd edib ki, ilk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, universitet və ixtisasların da siyahısı geniş olmayacaq.
 
İslahat.az