06 Fevral 2019
10:31
686

Xanım parataekvondoçumuz dünya çempionatında medal qazanıb

Türkiyənin Antalya şəhərində VIII parataekvondo üzrə dünya çempionatı start götürüb.

İslahat.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir parataekvondoçusu - Röyalə Fətəliyeva (K 44) medal qazanıb.

49 kq çəki dərəcəsində mübarizə aparan Röyalə bürünc medallardan birinə sahib çıxıb.
 
İslahat.az