24 İyul 2019
13:54
681

Xanım əməkdaş mətbuat katibi oldu - FHN-də yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.

İslahat.az xəbər verir ki, FHN-in mətbuat katibi vəzifəsinə daha əvvəl İctimaiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışan Gülçin Mehdiyeva təyin edilib.

G.Mehdiyeva uzun müddət nazirlikdə əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən təyinat təsdiqlənib və yeni mətbuat katibinin bir neçə gündür vəzifəyə başladığı bildirilib.
 
İslahat.az