14 Oktyabr 2019
12:23
854

Vilayət Eyvazov yeni rəis müavini təyin etdi

Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Samux rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib.

İslahat.az-ın aldığı məlumata görə, Cavid Məmmədov bundan sonra Samux rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsini icra edəcək.

Bildirək ki, C.Məmmədov yeni vəzifəyə kimi Masallı rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
 
İslahat.az