29 Aprel 2022
11:51
18610

Vilayət Eyvazov baş müstəntiqi yüksək vəzifəyə təyin etdi

Yasamal Rayon Polis İdarəsində yeni təyinat olub.

İslahat.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Yasamal RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsrət Aslanov təqaüdə göndərilib.

Bu vəzifəyə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov təyin edilib.

Qeyd edək ki, Həsrət Aslanov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

İslahat.az