20 Mart 2021
17:52
11227

“Fərdi təhsilə cəlb olunan şagirdlərin motivasiya məktəbi” layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə "Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi” çərçivəsində qalib olmuş "Fərdi təhsilə cəlb olunan şagirdlərin motivasiya məktəbi” layihəsi yekunlaşıb.

15.09.2020 – 15.03.2021-ci il tarixlərində icra edilən layihə çərçivəsində Beyləqan rayonunda fərdi təhsilə cəlb olunan şagirdlər müxtəlif tədbirlərə cəlb edilmişdir. İlk öncə "Hamımız bərabərik” adlı sosial çarx çəkilərək sosial şəbəkələrdə yayımlanmışdır. Həmin şagirdlərlə 6 mövzuda onlayn seminar təşkil edilmişdir.

Seminarlarda şagirdlərə nümunələrlə uğurlu insan olmağın yolları göstərilmiş, misallar çəkilmişdir. Bundan əlavə onlayn intellektual yarış keçirilmişdir. Həmçinin, fərdi təhsilə cəlb olunan və adi qaydada təhsil alan şagirdlərin birgə görüşü təşkil edilmişdir. Yekun konfransla layihəyə və tədbirlərə yekun vurulmuşdur.

Layihə fərdi təhsilə cəlb olunan şagirdlər tərəfindən maraqla qarşılanmışdır.

İslahat.az