13 Noyabr 2021
21:32
20511

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun xatirəsi anılıb - FOTO

Noyabrın 11-də 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun anım mərasimi keçirilib.

İslahat.az xəbər verir ki, şəhidin yaxınlarının, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimə Masallı rayonundan – rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları qatılıblar.

Tədbir öncəsi qəhrəmanın Bakı şəhəri İkinci Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İslahat.az