07 Yanvar 2019
14:22
1397

Vergilər nazirinin müavininə yüksək rütbə verildi

 

Vergilər nazirinin müavini Mətin Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

İslahat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin”.

İslahat.az