01 Sentyabr 2021
15:35
25696

Vəli İsrafilov Paralimpiya rekordu qırıb qızıl medal qazandı - FOTO/VİDEO

Azərbaycanlı üzgüçü Vəli İsrafilov ölkəmizə Tokio Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazandırıb.

İslahat.az-ın xəbərinə görə, 19 yaşlı Vəli 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1:04.86 nəticə göstərərək Paralimpiya rekordunu qırıb.

Vəli İsrafilov bu nəticə ilə qızıl medal qazanıb. O, Azərbaycanın Paralimpiya çempionu olan ən gənc idmançısı olub.

Bununla da Azərbaycanın medallarının sayı 16-ya, qızıl medallarının sayı 11-ə çatıb. Ölkəmiz hazırda medal sıralamasında 10-cu sıradadır.