05 Mart 2020
11:29
163

Vaqif Cavadov: "Azərbaycanda kiminsə Mxitaryanı hədələdiyini düşünmürəm"

"Azərbaycanda kiminsə Mxitaryanı hədələdiyini düşünmürəm".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov "Yandex.ru"ya geniş müsahibəsində İtaliya "Roma"sında çıxış edən Henrik Mxitaryanın Bakıdan təhdid almasına münasibət bildirərkən deyib.

Hazırda klubsuz olan 31 yaşlı yarımmüdafiəçi Azərbaycanın qonaqpərvər bir ölkə olduğunu söyləyib: "Artıq burada erməniləri qəbul etmişik, onların təhlükəsizliklərini də təminat verilib. İdmançılar üçün hər şey təmin edildi. Biz düşmənlərimizi qəbul etmək bacarığı ilə məşhuruq. Azərbaycanda normal idman tədbirləri keçirilib. İdman siyasətlə əlaqəli deyil".

Qeyd edək ki, müqavilə ilə İngiltərə "Arsenal"ına məxsus olan Henrik Mxitaryan 2019-cu ildə Bakıda keçirilən Avropa Liqasının finalı üçün Azərbaycana gəlməkdən imtina edib. Bakı Olimpiya Stadionundakı qarşılaşma "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.