12 Oktyabr 2021
13:00
20559

Putinin ad günündən İlham Rəhimovla səmimi - Fotosu

Rusiya lideri Vladimir Putinin azərbaycanlı milyarder, hüquq elmləri doktoru, professor İlham Rəhimovla yeni fotosu yayılıb.

İslahat.az xəbər verir ki, fotonun Putinin bir neçə gün öncə keçirilən ad günündə çəkildiyi bildirilir.

Qeyd edək ki, 7 oktyabrda Rusiya lideri 69 yaşını qeyd edib.

İ.Rəhimov bir müddət öncə mediaya açıqlamasında da demişdi ki, Putinin ad günündə bir neçə gənclik dostu mütləq bir yerə yığışır və bu günü qeyd edirlər. Gənclik illərindən başlayan bu ənənə hələ də qorunur.

İslahat.az