Dünya ölkələrində uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar aşkar edilir.
İslahat.az xəbər
verir ki, 5 ki, artıq Böyük Britaniya, Hollandiya, İspaniya, Danimarka, İsrail
və ABŞ-da adıçəkilən xəstəliyə yoluxma halları qeydə alınıb.
Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bəzi xəstələrdə gedişatın ağır
olduğunu, hətta qaraciyər transplantasiyasına ehtiyac duyulduğunu bildirib.
Məlumatlara görə, ümumi simptomlar kəskin hepatit üçün xarakterikdir. Lakin bu
xəstəliyin elmə məlum olan növlərinin heç biri laboratoriya müayinələri zamanı
təsdiqini tapmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı da artıq yoluxma halları ilə bağlı müvafiq
araşdırmalara başlayıb.
İslahat.az